
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, İK Azərbaycan Premyer Liqasının XIII turunda keçirilən "Xəzər Lənkəran” – "Neftçi” matçında baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.
Topaz Premyer Liqasının XIII turunun "Xəzər Lənkəran” –
"Neftçi” matçında "Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı
üçün klub 1000 manat cərimə olunur.
Oyunun 16-cı dəqiqəsində "Neftçi” klubunun 1 №-li futbolçusu Emil
Balayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan
kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Oyunun 45+2-ci dəqiqəsində "Xəzər Lənkəran” klubunun 7 №-li
futbolçusu Sadio Tounkara aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq
meydandakənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanır,
klub 2000 manat cərimə olunur. Futbolçuya
verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq
müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə
sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.
Oyunun 74-cü dəqiqəsində "Xəzər
Lənkəran” klubunun 22 №-li futbolçusu Əfran İsmayılov aqressiv hərəkətə görə
birbaşa qırmızı vərəqə alaraq meydandakənarlaşdırıldığı üçün
futbolçu 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur.Futbolçuya verilmiş
cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti
verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın
dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.
Oyunun 50-ci dəqiqəsində "Neftçi”nin futbolçusu
Elnur Allahverdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır.
Oyun bitdikdən sonra isə o, AFFA, PFL və hakimi təhqir etmişdir. Bu səbəbdən də
adıçəkilən futbolçu 6 oyunluq cəzalanır, klub 5200 manat cərimə olunur.
Oyunun 90+4-cüdəqiqəsində "Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atılmasına görə klub 2000 manat cərimə olunur.