Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ”ı qəbul
edəcək "Sent Etyen”in baş məşqçisi Kristof Qaltye oyun öncəsi məbuat konfranında jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, fransalı mütəxəssis
hər iki komandanın da qələbə üçün meydana çıxacağını bildirib.
Qaltye "Qarabağ”ın "Dnepr”dən
zəif olduğunu düşünmür: "Qarabağ” yaxşı hazırlaşmış kollektivdi. "Dnepr”lə aralarında elə
ciddi fərq görmürəm. Lakin biz doğma meydanda oynayacağıq. Stadionun tam
şəkildə dolmasını gözləyirik".
Fransız məşqçi təmsilçimizdən ağızdolusu danışıb: "Qarabağ” Avropa
Liqasında səfərdə yaxşı çıxış edir. Doğrudu, onlar "Dnepr”ə qarşı çətinliklə
qələbə qazanmışdılar. Bu komanda legionerləri hesabına texnikalı
futbol nümayiş etdirir. Onlar bura birdən-birə gəlməyiblər. "Qarabağ” öz
çempionatında üstün oyun sərgiləyir. Heç-heçə hər iki komandaya növbəti oyun
üçün ümid verir. Amma hər iki komanda meydana qələbə üçün çıxacaq. Komandalar
açıq oyun göstərəcəklər. Sabah baş tutacaq oyun bizim üçün ən vacib
qarşılaşmalardan biridi. Avropa kuboklarında oynamağa öyrəşməmişik. Ona görə
də, bu turnirdə irəli getmək istəyirik”.
Qeyd edək ki, "Sent-Etyen” – "Qarabağ” matçı bu gün saat 00:05-də start götürəcək.