
Azərbaycan
milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan Robert Prosineçki Topaz
Premyer Liqasının XIV turunda keçiriləcək 3 oyunu
canlı izləyəcək. Sportnet.az-ın məlumatına görə, noyabrın 29-da keçiriləcək
"Bakı” – "İnter”, "Neftçi – "Qəbələ” oyunlarını stadiondan izləyəcək.
Prosineçki noyabrın 30-da keçiriləcək "Simurq” – "Qarabağ” qarşılaşmasını da izləmək
üçün Zaqatalaya yola düşəcək.