
Onun sözlərinə görə, fransalı futbolçunun menecerləri fırıldaq yollarla müştərilərinin qiymətini qaldırmaq istəyib. Danışıqların uzanması "İnter"i qəti qərara sövq edib: "O, bizə təlim-məşq toplanışında lazım idi. Lakin gəlib çıxmadı. Hesab edirəm ki, artıq Kosoko mövzusu bizim üçün qapanıb”.
Hazırda Türkiyədə təlim-məşq toplantısında olan "İnter"in düşərgəsinə Hollandiyanın "Den Boş” komandasından mərkəz müdafiəçisi Yelle de Bok baxışdadır. Nikolov bildirib ki, ilk təlim-məşq toplanışında heç bir futbolçu ilə anlaşmayacaqlar. Eyni zamanda bir hücumçu almaq istədiklərini dilə gətirən klub prezidenti həmin oyunçu ilə birbaşa müqavilə imzalayacaqlarını bildirib: "Baş məşqçimiz Kaxaber Tsxadadze yüksək səviyyəli forvard istəyir. Belələri isə baxışa yox, yalnız birbaşa müqaviləyə imza atmaq üçün gəlirlər. Axtarışlarımız davam edir. Tsxadadzenin gözaltı etdiyi bir neçə forvard var. Açığı, heç maraqlanmamışam da, kimlərdir. Konkret hansısa namizədin üzərində dayandıqda mənə məlumat verəcək”.