"Oyunu izlədim. İki oyunçu xoşuma gəldi. Adlarını özüm
üçün qeyd etmişəm”. Sportnet.az-ın
məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçi vəzifəsinə əsas namizəd
olan Robert Prosineçki Premyer Liqanın 14-cü turunda keçirilən "Bakı"
- "İnter" matçından sonra jurnalistlərə açıqlamasında bildirib.
Milli ilə bağlı danışan məşqçi bu mövsüm üçün vəd vermədi:
"Müqavilə bağlansa Azərbaycan millisi üçün bu mövsüm heç nə vəd etmirəm. Çünki,
sıfır xalımız var. Gələcək üçün əlimdən gələni
etməyə çalışacam”.
Qeyd edək ki, "Bakı” – "İnter” matçını Prosineçki ilə yanaşı AFFA-nın baş katibi Elxan Məmmədov da izləyib.