"Başabaş mübarizə apardıq. Ani səhvdən sonra qapımıza
qol vuruldu".Sportnet.az-ın
məlumatına görə, bunu"Bakı"nın
başməşqçisiİbrahim UzuncaPremyer Liqanın 14-cü turunda
"İnter"əməğlub olduqlarıoyundan sonra deyib.
Türkiyəli mütəxəssis
komandasının ilk hissədə daha üstünoynadığını bildirib: "Biz
ilk hissədə daha üstün oynadıq. Qol da vura bilərdik. Əgər qol vursaydıq, hesab
fərqli olacaqdı. Hazırda akademiyanın yetirmələrinə şans veririk. Çalışırıq ki,
həmin oyunçular gələn il komandanın əsasını təşkil etsinlər".
Qeyd edək ki, "Bakı" - "İnter" matçı qonaqların qələbəsi ilə başa çatıb - 0:1.