"Müdafiəçilərimizin bərbad oyununa görə uduzduq. AZAL
layiqli qələbə qazandı, rəqibi təbrik edirəm”. Sportnet.az-ın məlumatına görə, bunu Topaz
Premyer Liqasının XIV turunda keçirilən AZAL – "Sumqayıt” oyunundan sonra rəqib komandanın baş
məşqçisi Aqil Məmmədov deyib.
Məmmədov problemlərdən şikayətlənib: "Deyərdim ki,
hücumda problemimiz çox deyil. Əsas problem arxa xətt ilə bağlıdır. Biz hesabda
irəlidə olduğumuz vaxtda adi epizodlarda qollar buraxdıq. Qışda böyük ehtimalla dəyişikliklər olacaq”.
Qeyd edək ki, AZAL - "Sumqayıt" qarşılaşması meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib.