Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.Sportnet.az-ın məlumatına görə, iclasda Topaz Premyer Liqasının XIV tununun "Neftçi” – "Qəbələ” və "Simurq” – "Qarabağ” oyunlarında baş verənlərlə bağlı müvafiq qərarlar çıxarılıb.
Noyabrın 29-u Topaz Premyer
Liqasının XIV turunun "Neftçi” – "Qəbələ” matçında "Neftçi” klubunun 4
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
30 noyabr Topaz Premyer Liqasının XIV turunun "Simurq” – "Qarabağ” matçında 60-cı dəqiqəsində "Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunub.