Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Qarabağ” MOİK
klubunu məğlub edərək, növbəti mərhələyə adlayıb. Sportnet.az-ın məlumatına
görə, "Qarabağ”ın baş məşqçisi oyundan sonra fikirlərini bölüşüb.
Qurbanov azarkeşlərə təşəkkür edib: "Mərhələni keçməklə qarşıya
qoyulan minimum vəzifənin öhdəsindən gəldik. Soyuq havaya baxmayaraq,
azarkeşlərimiz bizə dəstək oldular. Onlara təşəkkür edirəm. Düşünürəm ki,
oyunda hər şey normal oldu. MOİK klubuna uğurlar arzu etmək istəyirəm. Biz isə
növbəti oyuna hazırlaşmalıyıq”.
Qeyd edək ki, "Qarabağ” – MOİK qarşılaşması meydan sahiblərinin qələbəsi ilə bitib – 4:2.