Argentinada
növbəti dəfə futbol azarkeşləri zorakılıq aktı törədiblər. Sportnet.az-ın
məlumatına görə, bu səfər "Çakariti” klubunun fanatları "fəqrləniblər”.
Argentinanın 3-cü divizionunda çıxış edən "Çakariti” və "Tiro Federal de la Roxa” komandalarının oyununda meydan sahiblərinin azarkeşləri rəqib komandanın futbolçusunu öldürüblər. Matçın sonuna 15 dəqiqə qalmış hakim futbolçular arasında yaranan davaya görə oyunu saxlayıb. Nəticədə rəqibin futbolçusu Antonio Nieta meydandan qovulub. O, matçdan sonra maşını ilə evinə gedərkən "Çakariti” azarkeşlərinin hücumuna məruz qalıb. Fanatlar futbolçuya müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Lakin futbolçunun başına dəyən kərpic zərbəsi onun huşunu itirməsinə səbəb olub. Xəstəxanaya çatdırılan futbolçu bir neçə gün sonra orada vəfat edib.