Azərbaycan kubokunda
2800-cü qol vurulub. Sportnet.az-ın məlumatına görə, yubiley qolu 1/8 final
mərhələsinin "Neftçala” – AZAL qarşılaşmasına təsadüf edib.
Meydan sahiblərinin futbolçusu Məhəmməd Alıyev tarixi qolun müəllifi
olub. Neftçalada keçirilən görüşün 9-cu dəqiqəsində hesabı açan futbolçu cari
mövsümdə 1/8 finalın ilk, kubok tarixinin 2800-cü qolunun müəllifi olub.
Cari mövsümün startınadək 2797 qol vurulmuşdu. 1/16 final mərhələsinin
iki görüşündə cəmi 2 qol vurulduğundan bu rəqəm 2799-a çatmışdı. 1/8 finalda
rəqib qapısına yol tapan ilk oyunçu isə yubiley topunun müəllifi olub.
Qeyd edək ki, 1992-ci ildə start götürən kubok yarışlarında indiyədək baş tutan 928 oyunda 2823 qol vurulub. Orta məhsuldarlıq 3,04-ə bərabərdir.