Rusiyanın
futbol üzrə gənclərdən ibarət millisinin məşqçisi Dmitriy Xomuxa "Spartak”ın
yarımmüdafiəçisi Ayaz Quliyev ilə bağlı məsləyə münasibət bildirib. Sportnet.az-ın
məlumatına görə, Xomuxa AFFA-nın futbolçunun statusu ilə bağlı Rusiya Futbol İttifaqı
ilə danışıqlar aparmasından xəbərdar olduğunu bildirib.
Ancaq
o, hər hansı dəqiq informasiyaya malik olmadığını deyib: "Danışıqlardan xəbərim
var. Lakin dəqiq məlumatım yoxdur. Gələcəkdə bir millidə çıxış edən
futbolçu, digərində oynaya bilməz. Ayazın indi seçimi var. Futbolçu qərar qəbul
edəcək”.
Baş məşqçi futbolçuya verə biləcəyi məsləhətləri də açıqlayıb: "Əgər Ayaz məndən məsləhət almaq istəsə, mən ona bildirəcəm ki, Azərbaycan millisində çıxış etdikdən sonra o, Rusiyada legioner sayılacaq. Bu zaman o, digər legionerlərlə yarışmalı olacaq. Klubunda əsas heyətə düşmək də onun üçün çətin olacaq. Mən onun Rusiya vətəndaşlığında qalmasında maraqlıyam və milli komanda səviyyəsinə kimi gətirməyə çalışıram”.