"Xəzər Lənkəran" Futbol Klubu və klubun baş
məşqçisi Oğuz Çetin Robert Prosineçkini təbrik edib. Sportnet.az-ın klubun rəsmi saytına
istinadən məlumatına görə, cənub təmsilçisi Prosineçkinin Azərbaycan milli
komandasının baş məşqçisi postuna təyin olunması münasibətilə uğurlar
arzu edib.
Oğuz Çetin xorvat mütəxəssisə yeni vəzifəsində uğurlar və nailiyyətlər diləyir, onunla işbirliyinin milli komandaya və bütövlükdə Azərbaycan futboluna tövhə verəcəyinə əminiliyini bildirir