"Neftçi" klubunun müdafiəçisi Elvin Yunuszadənin sportnet.az-a müsahibəsi
- Prosineçkinin Azərbaycan millisinə təyinatı təsdiqləndi. Bu
barədə nə deyə bilərsən?
- Hələ yaxşı tanımıram. Ama inanıram
ki, gələcəkdə hamıdan yaxşı uğurlar əldə edəcəyik. Komandamız yığışandan sonra
bir şey demək olar. Hələ
tezdi. Hamımız üçün xeyirlisi olsun.
- Xorvatiyalı gələndən sonra,
Berti Foqtsun dönəminə nisbətən millidə böyük bir irəliləyiş gözləyirsən?
- İnşallah! Ümid edək ki, yaxşı olacaq. Ama
hələ bir şey demək olmaz, çünki özünü görməmişəm. Komanda toplansın ondan sonra
baxarıq.
- "Qarabağ”ın "İnter”lə oyunu ilə bağlı nə deyə bilərsən? Siz
də Avroliqa təcrübəsi görmüş komandasınız.
- "İnter”in adı və gücü hamıya
məlumdur. Mən inanıram ki, inşallah yaxşı olacaq. Bugün "İnter” qrupdan çıxıb. "Qarabağ” isə bütün azərbaycanlıların adı üçün oynayır.
- "Qarabağ”
üçün ümid var?
- Əlbəttə, var. "Qarabağ” qrupdakı oyunları
ilə göstərdi ki, hamı ilə oynamaq olar.
- "Neftçi”də maaşların verilməməsi və ya
gecikdirilmə ilə əlaqəli meydana çıxan problemlərlə bağlı nə deyə bilərsən?
- Yox, elə bir şey
yoxdu. Şükür Allaha, hər şey qaydasındadı.
Məcid HƏSƏNLİ