1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Lənkəran şəhər stadionunda gərgin anlar
Topaz Premyer Liqasının XVII turunda hazırda davam edən "Xəzər Lənkəran" - "Qarabağ" matçında gərgin anlar yaşanıb. Sportnet.az-ın məlumatına görə, təxminən matçın 70-ci dəqiqəsində tərəflər və baş hakim Orxan Məmmədov arasında mübahisə olub.
Mübahisəyə səbəb Ağdam klubunun futbolçusu Maksim Medvedevə qarşı kobudluq edilməsidir. Bundan bir neçə dəqiqə sonra müdafiəçi yenidən yerdə qalıb. Bu da qonaq komandanın etirazına səbəb olub. Bir neçə dəqiqəlik gərginlikdən sonra ara səkitləşib.
Qeyd edək ki, Lənkəran şəhər stadionunda davam edən matçda qonaqların üstünlüyü davam edir - 2:3.