Topaz Premyer Liqasının XVII turunda hazırda davam edən "Xəzər Lənkəran" - "Qarabağ" matçında xoşagəlməz hadisə yaşanıb. Sportnet.az-ın məlumatına görə, yerli azarkeşlər matçın əvvəlində yan xətt hakiminə etirazlarını bildirib.
Azarkeşlər etirazlarını meydana alışqan və kənar əşyaların atılması ilə bildirib. Yan xətt hakimi də həmin əşyaları matçın 4-cü hakimi Ramil Diniyevə verib. Bu isə Lənkəran təmsilçisinin AFFA-nın İntizam Komitəsi tərəfindən cəzalandırılmasına səbəb ola bilər.