
"Xəzər Lənkəran"da müəyyən problemləin olduğu və bir neçə futbolçunun komandadan ayrılacağı haqqında xəbərlər eşitmişəm. Amma əmin deyiləm ki, hər şey bu qədər pis olacaq. Ümid edirəm ki, hər şey yaxşılığa doğru dəyişəcək". Bu sözləri Sportnet.az-a açıqlamasında "Xəzər Lənkəran"ın rumıniyalı müdafiəçisi Adrian Skarlatake deyib.
O, cənub klubunun gəncləşdirmə siyasəti aparacağı və bir çox futbolçuları ilə yollarını ayıracağı ilə bağlı xəbərlərə münasibət bildirib: "Mən bu komandadan getmək istəmirəm. Çünki bura mənim ev kimidi. Amma son qərarı klubun prezidenti və vitse-prezidenti verəcək. Mənim haqqımda da nə qərar verəcəklər ona uyğun hərəkət edəcəyik. Əgər klub gəncləşdirmə siyasəti aparırsa, bu onların fikridi. Mən "Xəzər Lənkəran"da qalıb gənclərlə də oynamağa hazıram. Lakin indiki vəziyyətdə heç nə bilmirəm. Nə olacaq görəcəyik. Heç vaxt "Xəzər Lənkəran"dan getmək istəməmişəm. Ümid edirəm ki, hər şey komanda haqqında yazılanlardan fərqli olacaq və sevindirici xəbərlər eşidəcəyik".
Qeyd edək ki, Adrian Skarlatake 2011 - 2014-cü illər ərzində "Xəzər Lənkəran"ın heyətində 70 qarşılaşamada meydana çıxıb və 9 dəfə rəqib qapılarına yol tapıb.