1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA-da Kamran Ağayeva ağır cəza
AFFA İntizam Komitəsi son turda baş vermiş hadisələrə hüquqi qiymət verib.
Sportnet.az xəbər verir ki, komitəs 21 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XVIII turunun "Qəbələ” – "İnter” matçında "Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə edib. Oyunun 87-ci dəqiqəsində "İnter” klubunun 10 nömrəsi futbolçusu Elvin Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klubunu 200 manat ziyana salıb . Oyunun 79-cu dəqiqəsində "Qəbələ”qapıçısı Kamran Ağayev rəqibə bilərəkdən zərbə endirmişdir, bu hakimin gözündən yayınmışdır. Oyunun videoyazısın izlədikdən sonra İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir.
Oyunun 79-cu dəqiqəsində "Qəbələ” klubunun 1 №-li futbolçusu Kamran Ağayev rəqibə bilərəkdən zərbə endirdiyinə görə 3 oyun cəzalanır, klub 3000 manat cərimə olunur. Matçın hakimləri haqqında Hakimlər komitəsi lazımi tədbirlər görüb İntizam Komitəsinə bildirsin.