
İntizam Komitəsi aşağı liqalarda baş tutan oyunlarla bağlı cəzaları açıqlayıb. Sportnet.az xəbər verir ki, 17 yaşlılardan ibarət "Neftçi" komandasının seleksiyaçı məşqçisi Səmədağa Şıxlarov və "İnter"in baş məşqçisi ağır cəzaya məruz qalıb.
Topaz Premyer Liqasında çıxış edən klubların
əvəzedici heyətlərinin XVII turunun "İnter”– "Neftçi” matçında "İnter”
klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə
olunur.
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVIII turunun "Xəzər Lənkəran”– AZAL matçında "Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
Topaz Premyer Liqasında çıxış edən klubların
əvəzedici heyətlərinin XVIII turunun "Simurq”– "Bakı” matçında "Bakı”
klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə
olunur
U-19 Liqasının "Simurq” – AZAL matçının 75-ci dəqiqəsində AZAL klubunun 19 №-li futbolçusu Ümüd Ümüdov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.
21 dekabr 2014-cü il U-19 Liqasının "Xəzər
Lənkəran” – "Simurq” matçının 88-ci dəqiqəsində "Simurq” klubunun 92 №-li
futbolçusu Abdulla Seyidəhmədov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı
vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.
Bakcell U-17 Liqasının "Neftçi” – "İnter” matçı başa çatdıqdan sonra "İnter” klubunun futbolçusu olan Emin Quliyev tribunadan meydançaya daxil olaraq hakimə fiziki təsir göstərmişdir. Bundan başqa "İnter” klubunun baş məşqçisi Arif Əmirxanovla "Neftçi” klubunun seleksiya üzrə məşqçisi Səmədağa Şıxlarov da biri-birinə qarşı fiziki təsir göstərmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
1. "İnter” klubunun futbolçusu Emin Quliyev
hakimə fiziki təsir göstərdiyinə görə 10 oyun cəzalanır.
2."İnter” klubunun baş məşqçisi
ArifƏmirxanov , "Neftçi” klubunun seleksiya üzrə məşqçisi Səmədağa
Şıxlarov biri-birinə qarşı fiziki təsir göstərdiklərinə görə hər biri 10 oyun
cəzalanır.Hər iki şəxsintexniki zonaya, stadionun dəhlizinə, soyunub-geyinmə
otağına girişinə qadağa qoyulur
18 dekabr 2014-cü il U-16 Liqasının "Rəvan” – "Xəzər Lənkəran” matçının 78-ci dəqiqəsində "Xəzər Lənkəran” klubunun 15 №-li futbolçusu Yusif Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
18 dekabr 2014-cü il U-16 Liqasının "Bakı” – "Sumqayıt” matçının 33-cü dəqiqəsində "Bakı”klubunun 7 №-li futbolçusu Samir Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
21 dekabr 2014-cü ilU-14 Liqasının "Şahdağ” (Qusar) – "Xudat” (Xaçmaz) matçında "Xudat” klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
11 dekabr 2014-cü il U-16 Liqasının İOEUGİM (Sumqayıt) – UGİM-1 (Sumqayıt) matçının 48-ci dəqiqəsində İOEUGİM klubunun 17 №-li futbolçusu Əliruslan Əbilov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
20 dekabr 2014-cü il Coca-Cola U-13 Liqasının "Çıraq Qala” (Şabran) – "Şahdağ” (Qusar) matçının 50-ci dəqiqəsində "Çıraq Qala” klubunun 14 №-li futbolçusu İlkin Allahverdiyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.Oyunun 50-ci dəqiqəsində "Şahdağ”klubunun 8 №-li futbolçusu Süleyman Mikayılov aqresiv hərəkətə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
21 dekabr 2014-cü il Həvəskarlar üzrə Azərbaycan birinciliyinin "Şərur” – "Sabunçu” matçının 70-ci dəqiqəsində "Sabunçu” klubunun 9 №-li futbolçusu Coşqun Süleymanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanı.Oyunun 82-ci dəqiqəsində "Şərur”klubunun 17 №-li futbolçusu Anar Ağayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.Oyunun 82-ci dəqiqəsində "Sabunçu” klubunun 95 №-li futbolçusu Elçin Abbasov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.