
"Xəzər Lənkəran"dan ayrılmaq üzrəyəm. Transfer vərəqəmi götürdükdən sonra azad agent olacam". Bu sözləri Sportnet.az saytına açıqlamasında Əfran İsmayılov deyib.
Oğuz Çətinin gedişindən sonra "Xəzər Lənkəran"dan ayrılan futbolçular sırasına qoşulan İsmayılov artıq bir neçə təklif aldığını da sözlərinə əlavə edib: "Hazırda başqa ölkədəyəm. Azərbaycana döndükdən sonra hər şeyə tam aydınlıq gələcək. Transfer vərəqəmi aldıqdan sonra başqa klublarla danışıqlara başlayacam. Bir neçə təklif var və seçimimi ölkəyə qayıtdıqdan sonra edəcəm".