
"Karyeramı "Bakı" klubunda davam etdirmək istəyirəm. Amma bu klubdan asılıdı". Bu sözləri Sportnet.az-a açıqlamasında "Bakı"nın serbiyalı yarımmüdafiəçisi Risto Ristoviç deyib.
O bildirib ki, paytaxt klubu pul verəcəyi halda heç yerə getməyəcək: "Mənim Azərbaycanda qalmağım üçün onlar pul verməlidirlər. Əgər maaşımı alsam, o zaman oynayaram. Başqa cür isə artıq olmayacaq. Çünki pulsuz bu qədər qalmağım mümkün deyil".