"Qəbələ"nin braziliyalı yarımmüdafiəçisi Dodonun Sportnet.az-a müsahibəsi
- Mövsümün ilk yarısını "Qəbələ” üçün necə dəyərləndirirsiz?
- Düzdü, nəticə baxımından yaxşı demək olmaz. Amma pis də deyə bilmərik. Məncə, layiq olduğumuz pillədən aşağıdayıq. Niyə belə oldu səbəbini deyə bilmərəm. Ən azından ilk "3-lük”də qərarlaşa bilərdik.
- Dorinel Muntyanu yayda komandaya gəldi və getdi. Sizcə, onda niyə alınmadı?
- Muntyanu yaxşı məşqçi idi. Böyük insan idi. Amma bəzən belə alınmır. Onda da alınmadı və getdi. Inaniram ki, əlindən gələni etsə də, olmadı. Ona uğurlar arzu edirəm.
- Rumıniyalı məşq,i etiraf etmişdi ki, bəzi futbolçular onun yanlış transferləridi. Sizcə, apardığı səhv transfer siyasəti ona baha başa gəldi?
- Bu barədə nəsə deyə bilmərəm. Bu onun öz işidi. Əgər elə deyibsə, deməli elədi.
- Komandanızın yeni baş məşqçisi – Roman Qriqorçuk haqqında nə bilirsiniz?
- Mən Dorinel Muntyanunun istefasını gözləmirdim. Yeni baş məşqçimiz haqqında o qədər də dərin məlumatım yoxdur. Onun haqqında öyrənməyə çalışacağıq. Həm də klub rəhbərliyi necə məsləhət bilirsə, elə də edir. Biz başqa nə deyə bilərik?
- "Qəbələ” mövsümün ikinci yarısında uğur qazana biləcək?
- İnanıram ki, hər şey mövsümün ilk yarısındakından qat-qat yaxşı olacaq. Mənim isə tək düşüncəm özümü yenə də yaxşı tərəfdən göstərib yeni baş məşqçinin rəhbərliyi altında da ilk "11-lik”də oynamaq istəyirəm. Amma hər Roman Qriqorçukun qərarlarında asılı olacaq.
- Sizcə, qış "transfer pəncərəsi”ndə komandada olacaq dəyişikliklər "Qəbələ”yə nə verəcək?
- Hər yerdə bu belədi. Yeni baş məşqçi gələndə özünün inandığı futbolçuları dəvət edir. İnanıram ki, onların komandaya ancaq xeyri olacaq. Biz mövsümün ikinci hissəsinə yeni ab-hava ilə və daha iddialı başlayacağıq.
- Komandanızda hansı mövqelərdə futbolçulara ehtiyac var?
- Bu barədə nəsə deyə bilmərəm. Biz təlim-məşq toplanışından sonra tamamilə toparlanıb uğur qazanmaq istəyirik.
- Ümumilikdə Azərbaycan futbolu üçün 2014-cü il necə oldu?
- Bəzi xoşagəlməz olaylar baş verdi. Məsələn, "Araz Naxçıvan”ın Premyer Liqanı tərk etməsi çox pis hadisə idi. Eşitdiyimə görə "Xəzər Lənkəran”da mövsümün ikinci yarısını gənclərlə davam etdirəcək və iddiasız olacaq. Bu da Topaz Premyer Liqasının maraqlı keçməsinə pis təsir edən amillərdəndi.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |