Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki komandaya İspaniyadan oyunçu dəvət edəcək. Sportnet.az xəbər verir ki, o, bu "Qranada”da forma geyən Eddi İsrafilov yığmaya cəlb etmək niyyətindədi. Bu barədə əvvəllər İspaniyada "Ray Valyadolid" və "Ovideo" kimi klublarda köməkçi məşqçi işləyən millimizdə də Prosineçkinin yardımıçısı vəzifəsində çalışacaq Yanko Yankoviç danışıb.
O bildirib ki, Eddi İsrafilovla maraqlanırlar və onun Azərbaycan yığmasına güc qatacağını düşünürlər: "Heyəti gücləndirmək üçün maksimum imkanlardan istifadə etməliyik. Eddi də komandaya güc qatacaq futbolçudu. Onun anası ilə danışacağıq və hər şeyi açıqlayacağıq".
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi yığmada oynamaq üçün AFFA rəhbərliyindən 1 milyon avro tələb etmişdi. Bundan əlavə, o, hazırda "Mursiya” klubuna məxsus olsa da, "Qranada”da icarə əsasında çıxış edir.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |