1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Ankaraspor” “Neftçi” ilə danışıqları dondurdu
Türkiyənin "Ankaraspor” klubu "Neftçi”nin futbolçusu Cavid İmamverdiyevin transfer edilməsi ilə bağlı danışıqları dondurub. Bu barədə Sportnet.az-a qardaş ölkə təmsilçisinin baş məşqçisi Osman Özköylü məlumat verib.
Özköylünün sözlərinə görə buna səbəb bir neçə gün öncə gənc futbolçuları Sedat Yücenin dünyasını dəyişməsidir: "Əvvəl də dediyim kimi, biz "Neftçi”yə Cavid İmamverdiyevlə bağlı təklifimizi göndərib, onlardan cavab gözləyirdik. Hazırda bu keçidin həllinə dair görülən bütün işlər dayandırılıb. Bu tək Cavidlə bağlı deyil, ümumiyyətlə, bütün transfer danışıqlarımızı dondurmuşuq. Bildiyiniz kimi, yaxın günlərdə gənc futbolçumuz dənizdə boğulub. Onun cəsədini bu gün tapa bildik. Hazırda bizdə matəmdir və klub rəsmilərimiz, menecerlərimiz hüzür mərasimi ilə məşğuldur. Ona görə də bütün transfer danışıqlarımızı müvvəqəti olaraq dayandırmışıq. Cavid transferinin baş tutub-tutmayacağı ilə bağlı məsələyə 1 həftədən sonra aydınlıq gələcək”.
Qeyd edək ki, Türkiyə I Liqasında mübarizə aparan "Ankaraspor” klubu Azərbaycan millisinin də üzvü olan Cavid İmamverdiyevi 1 illik icarəyə götürmək istəyir.