
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klubları bu gün növbəti yoxlama oyununa çıxacaqlar. Sportnet.az-ın məlumatına görə, təmsilçilərimizdən "İnter" və "Neftçi" klubları meydana çıxacaq.
"İnter" Ukrayna "Metallist"ini, "Neftçi" isə Türkiyənin "Elazığspor" komandasını sınağa çəkəcək.
Baş məşqçi Kaxaber Tsxadadzenin komandası daha öncə 4 yoxlama matçı keçirib. "Bankirlər" Türkiyənin təmsilçilərindən "İnegölspor"u 4:1, "Kasımpaşa"nı və Qazaxıstan "Kayrat"ını 3:1 hesabı ilə məğlub edib, Almaniya "Enerji"si ilə görüşdə isə heç-heçə qeydə alınıb - 1:1.
Arif Əsədovun baş məşqçi olduğu komanda isə Səudiyyə Ərəbistanın "Hajer" klubuna 3:1 hesabı ilə qalib gəldikdən sonra Türkiyə "Kayseri Erciyesspor"u ilə heç-heçə edib - 0:0.
17:00. "İnter" (Bakı, Azərbaycan) - "Metallist" (Xarkov, Ukrayna) - 1:1
Qollar: Yohan Bokonyano, 31 - İvan Bobko, 2519:00. "Neftçi" (Azərbaycan) - "Elazığspor" (Türkiyə) - 0:1
"Neftçi": Saşa Stamenkoviç, Carlos Cardoso, Rahil Məmmədov, Məqsəd İsayev, Emin Mehtiyev, Caue da Silva, Ernest Nfor, Elşən Abdullayev, Samir Məsimov, Julius Vobay, Ruslan Qurbanov




































































