
Gürcüstan patriarxı II İlia "İnter" komandasının baş məşqçisi Kaxaber Tsxadadze ilə görüşüb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş Tbilisi şəhərində yerləşən iqamətgahda baş tutub.
Patriarx Kaxaber Tsxadadzeni Gürcüstan milli komandasının baş məşqçisi təyin olunması münasibətilə təbrik edib, ona xeyir-duasını verib.
Qeyd edək ki, "İnter”in baş məşqçisi Kaxaber Tsxadadze qarşılıqlı razılıq əsasında cari ilin iyun ayınadək Bakı klubunu çalışdırmaqla yanaşı, Gürcüstan milli komandasını da meydana çıxaracaq.




































































