"İnter" klubu yeni futbolçu ilə müqavilə imzayıb. Sportnet.az-ın məlumatına görə, Voislav Stankoviç növbəti 2 il ərzində paytaxt təmsilçisinin heyətində çıxış edəcək.
Sonuncu dəfə Serbiyanın "Partizan" klubunda çıxış edən 28 yaşlı müdafiəçinin sifariş ərizəsi Peşəkar Futbol Liqasına təqdim olunub.
Qeyd edək ki, serbiyalı futbolçu karyerası ərzində "Dinamo", OFK və "Partizan"ın (hər üçün Serbiya) şərəfini qoruyub.