1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin əsas qapıçısının cəzası məlum oldu
AFFA-nın İntizam Komitəsi Topaz Premyer Liqasının XXI turunda baş verənlərə hüquqi qiymət verib. Sportnet.az-ın məlumatına görə, komitə "Simurq” – "Qəbələ” matçında meydan sahibini 4 futbolçusu sarı vərəqə aldığı üçün 1000 manat cərimələyib.
Bundan başqa matçın 45+2-ci dəqiqəsində "Qəbələ”nin qapıçısı Dmitri Bezotosni sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalandırılıb. Buna görə klubu 200 manat ödəməli olacaq.
Əvəzedici heyətlərin XXI turunun "Simurq” – "Qəbələ” matçında isə "qırmızı-qaralar"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
İntizam Komitəsi "Bakı"nı da cəzasız qoymayıb. Belə ki, "Bakı” – "Sumqayıt” matçının 80-cı dəqiqəsində ev sahiblərinin futbolçusu Rüstəm Rüstəmli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalandırılıb. Klubu isə 100 manat cərimə olunub.