
Azərbaycanlı iş adamı Hafiz Məmmədov İngiltərənin "Şeffild Uensdey" klubunu alıb. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun saytı xəbər yayıb.
Xəbərdə deyilir: "Kluba rəhbərliyin Milan Mandariçdən Hafiz Məmmədova keçməsinə dair razılığın əldə olunduğunu elan etməkdən şadıq".
Qeyd edək ki, "Şeffild Uensdey"in rəsmi saytında Hafiz Məmmədov AFFA-nın sabiq üzvü, "Bakı" və Fransa "Lans"ının sahibi kimi göstərilib.