1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
PFL Vaqif Sadıqovun namizədliyini irəli sürüb
AFFA İcraiyyə Komitəsində Ələkbər Məmmədovun vəfatı ilə əlaqədar boşalan üzv yerinə Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun namizədliyi irəli sürülüb. Sportnet.az-ın məlumatına görə, Sadıqovun namizədliyi "Sumqayıt" klubu tərəfindən Peşəkar Futbol Liqasına (PFL), PFL-dən isə AFFA İcraiyyə Komitəsinə verilib.
Seçki AFFA-nın 2015-ci il martın 6-da təşkil olunacaq növbəti konfransında keçiriləcək.
Qeyd edək ki, AFFA Nizamnaməsinə əsasən, İcraiyyə Komitəsinin üzvləri assosiasiya üzvü olan təşkilatların müvafiq bölgüsünə uyğun seçilir. Nizamnaməyə əsasən, PFL İcraiyyə Komitəsində 4 üzvlə təmsil olunmalıdır. İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədovun vəfatı ilə əlaqədar hazırda PFL İcraiyyə Komitəsində 3 üzvlə təmsil olunur.