"Neftçi"nin futbolçusu Erik Ramosun "Qarabağ"la görüşdən sonra jurnalistlərə açıqlama verib. Sportnet.az həmin müsahibəni təqdim edir.
- "Qarabağ"la oyun haqda nə deyə bilərsən?
- Çətin oyun keçdi. "Qarabağ" qələbəyə layiq idi və bu münasibətlə onları təbrik edirəm.
- Cari mövsümdə "Neftçi"də yolunda getməyənlər nədir?
- Həddindən çox ötürmə səhvlərinə yol veririk. "Qarabağ" bu baxımdan çox yaxşıdır.
- Oyundan öncə "Neftçi" Əliyar Ağayevin təyinatından narazı idi. Bu dəfə razı qaldınız?
- Məncə çox yaxşı hakimlik oldu. Hakimdən şikayət etmək üçün heç bir səbəb yoxdur.
- Komanda yoldaşın Aqil Məmmədov "Neftçi"ni demək olar ki, böyük hesablı məğlubiyyətdən qurtardı...
- Aqilə təşəkkür edirəm. Bəlkə də ona görə, çox qol buraxmadıq. Oyunun ən yaxşı futbolçularından biri oldu. Sadəcə sağ ol deyə bilərəm.
- Almeyda ilə aranızda nə baş verdi? Oyunda kiçik mübahisəniz oldu...
- Elə də böyük bir problem yox idi. Bu cür hallar futbol yarışında olur.
- Artıq "Neftçi"nin çempionluq yarışından kənarda qaldığını demək olar?
- Artıq 13 xal fərq yarandı və inanmıram ki, "Qarabağ" bu qədər xal itirəcək. Azərbaycanın ən yaxşı komandasıdır. Fikrimcə 4-5 turdan sonra çempion olarlar.
- "Neftçi"nin hücum xəttində problemlər var...
- Limitə görə Kanales oynamırdı, amma son 3 oyunda yaxşı oynamışdı. Məncə məğlubiyyət öz günahımızdır.