
AFFA-nın prezidenti Rövnəq Abdullayev "Park İnn" otelində keçirilən İcraiyyə Komitəsinin iclasından sonra mətbuat konfransı keçirib. R.Abdullayev tədbir zamanı Sportnet.az-ın da suallarını cavablandırıb.
- İclas uzun müddətli və ağır keçdi. Amma mühüm qərarlar qəbul olundu.Böyük fikir ayrılığına səbəb olan məsələ - hər kluba 21-və 23 yaş futbolçunun bir nəfər oynamasını təsdiq etmişik. Məşqçilər Komitəsi və Klublar Komitəsinin tövsiyyələrini nəzərə alaraq gənc oyunçuların inkişafına xeyir verəcək qərar qəbul etdik. 21 yaşlı futbolçuların maaşlarına sərhəd qoyulması barədə qərar qəbul olundu. Bunu da qiymətlərin süni şişirdilməmçəsi üçün klubların tələbi ilə etdik. Gənclərin oynaması üçün şərait yaratdıq. Onları saxlamaq üçün də maaşlarına limit qoyuldu. İkinci qərar da yayımla bağlıdır. yeni mövsümdən çempionat oyunlarının yayımı üçün tender keçiriləcək, Yayımı udan televiziya və ya hansısa qurum çəkilişi həyata keçirəcək. Yayımdan gələn gəlir Premyer Liqa klubları arasında eyni bölünəcək. Gələcəkdə isə reytinqə görə klublara yayım pulu veriləcək. Müəyyən qədəri isə PFL-də saxlanılacaq.
- Maaş həddini açıqlayardınız...
- 21 yaşında oyunçulara 30, 23 yaşadək futbolçularda isə 50 min manatadək illik maaş limiti verilib. Əgər bu oyunçu millidə oynayırsa, bu məbləğ 50 %-ə qədər qaldıra bilər. Bundan yuxarı maaş verməyə klubun icazəsi yoxdur. Əgər belə hal müşahidə olunarsa, futbolçu 1 illik uzaqlaşdırılacaq, klubun isə xalı silinəcək.
- Hər il Almaniya futbol məktəbinə pul ayrılır. Kimdir onlar?
- Bu Rauf Əliyevin layihəsidir, gördüm ki, effekti azdır. Göstəriş verdim ki, xeyri barəsiondə mənə məlumat verilsin. Bu layihə çərçivəsində Almaniyada yaşayan azərbaycanlı və türklər oynasınlar. yanvarın 1-dən isə dayandırılacaq.
- 5 dekabr 2009-cu ildə "Turan" - "Neftçi" oyununda alqı-satqı olduğu bildirilirdi. Sizcə, 6 il sonra Elxan Məmmədovun bu cür açıqlaması nəyə xidmət edir?
- Bunu deməkdə məqsəd odur ki, əzilən komandanın Premyer Liqada olması, arzulanası hal deyil Belə komandalar Premyer Liqanın oyunlarına mane olurdu. 2009-cu ildə keçirilən oyunda şübhələr vardı və biz də araşdırdıq. lakin heç nə tapa bilmədik. İndi komandaların sayı azaldılıb, şübhə də yoxdur.
- Klub məşqçiləri limitlə bağlı narazılıq edir. Bu, dəyişiləcək?
- Bu barədə iclasda söhbətlər oldu və dəyişilməz olaraq qalacaq. 6+5 sistemi davam etdiriləcək.
- Bu mövsüm 9 komanda var, yeni mövsümdən say müəyyənləşdirilməsi üçün hansısa müzakirələr aparıldı? Bir də "Sumqayıt"ın fəaliyyəti yığmalara futbolçu yetişdirməkdir. "Sumqayıt"ın işindən razısınız?
- 10 komanda Premyer Liqada oynayacaq. 2-si gedəcək, aşağı dəstədən 2 komanda gələcək. Bu da lisenziyalaşmış komanda olacaq. Əks təqdirdə həmin komanda Premyer Liqada oynaya bilməz. "Sumqayıt" yaxşı nəticələr verir. Aqil Məmmədov legionersiz yaxşı nəticələr verir. Bunu demək olmaz, amma "Sumqayıt"ın oyununa həvəslə baxıram. Milliyə 3 futbolçu verib və bu da yaxşı nəticədir. Arzu edərdim ki, bütün klublar bu nəticəni versinlər.
- Sonuncu İK-nın iclasında bildirmişdiniz ki, U-21-ə gələcək baş məşqçi ən azı milli komanda səviyyəsində olmalıdır...
- Məşqçilər Komitəsi yaradıldı və onların qərarını gətirdilər mənə. Onların tövsiyyəsi o oldu ki, yaşar Vahabzadə gəlsin milliyə. Robert Prosineçki də bunu bəyəndi. Niyə də bizimki, olmasın? Əgər MK onu yüksək səviyyədə qəbul edirsə, mən də edirəm.
- "Araz Naxçıvan" erkən tərk etdi və yenidən qayıtmaq istəyirlər..
- O çempionatdan çıxarılıb. Gərək 0 xaldan başlasın...
- Otelin yerini niyə dəyişdiniz?
- Əvvəlcə "Hilton"u rezervasiya etmişdik. Sonra dedilər orada nişan oilacaq. Nişan sahibi bizə müraciət etdi. Biz də xeyir iş olduğuna görə, yeri dəyişmək qərarına gəldik.
- İldən-ilə futbola vəsait artırılır, amma ötən illə müqayisədə bu il futbol daha da zəifdir. Həm də azarkeş məsələsi. Bununla bağlı tədbir görmək planınız var?
- "Qarabağ"ın oyununda stadion necə də dolduğunu gördük. Futrbola maraq var. problem odur ki, daxili çempionata gəlmirlər. Futbolda yerli amili böyük faktordur və təəssüf edirəm kii, klublar bundan istifadə edə bilmir. Mən "Neftçi"də işləyəndə lotoreya, udfuşlar və s. amillərlə azarkeş yığırdıq. "Qarabağ"la o vaxtkı oyuna 25 min adam yığmışdıq. indi klubların həvəsləri qaçıb. Elə bil gizli oynamaq bunlar üçün rahatdır, heç kim fitə basmır, istefa qışqırmır.
- Klublar Komitəsinin PFL-ə alternativ olaraq yaradıldığı bildirilir. Buna nə ehtiyac vardı?
- Cin ayrı, şeytan ayrı. Bu, başqa qurumdur. PFL çempionatı idarə edir. Bir ara klublar bir-biri ilə düşman olmuşdular. Bunu olmaması üçün klubları bir yerə yığdıq ki, öz narazılıq və təkliflərini bir arada müzakirə etsinlər.
- "Bakı" klubunun məsələsi ictimaiyyəti narahat edir. AFFA-nın hesabatında 207 min manat pul ayrıldığı göstərilib. Nə vaxtadək yardımla yaşayacaq bu klub?
- Biz yardım etmirik. "Bakı" bank zəmanti təqdim etmişdi və biz onu aktivləşdirmişik. O ödənişləri biz bankdan alıb ödəmişik. Gələcəkdə problem olarsa, bu öz işləridir. bank 1 illik zəmanət vermişdi.
- Fikirləşmisiniz ki, birdən tenderdə heç bir kanal qalib gəlmədi. O zaman yayım hüququ necə olacaq?
- İnanıram ki, alacaq. Almasa biz pulsuz AZTV-yə verəcəyik. bütün dünyada futbolun gəlirinin 60%-i televiziya yayımıdır. Biz də bunu yerinə yetirməliyik. Futbol jurnalistlərin dediyi dildə desək, çörəkdir və bunu satmalıyıq. Pulsuz məhsul yoxdur.
- Problemli məsələlərdən biri də Super Kubokun keçirilməməsidir...
- Keçirilmə yox, vaxt problemi vardı. Vaxt tapa bilmədik ki, oyunu nə vaxta salaq. Ramin Musayev dedi ki, nə "Neftçi"nin, nə də "Qarabağ"ın vaxtı yoxdur. əvvəllər yaxşı idi. Klublarımız avrokuboklarda 1-ci mərhələdən çıxırdılar və rahat oynayırdıq. o da PFL-in çörəyidir, oyunu keçirsinlər, bilet satıb pul qazansınlar (gülür).
- Artıq Dövlət Proqramının icra müddəti başa çatıb. Amma proqramın əhatə olunduğu 10 il ərzində ciddi irəliləyiş əldə olunmayıb. AFFA-nın az qala Ermənistan qədər büdcəsi olsa da, onların yığması bizimkindən daha irəlidədir...
- Ermənistan məsələsində sizinlə razıyam. Çünki a
clıq insanı işləməyə vadar edir. Amma nəticənin olmadığını demək düzgün deyil. Bütün qonşu ölkələrdən güclü çempionat keçiririk. Klublarımız avrokuboklarda yüksək nəticələr göstəriblər. Məgər bunlar irəliləyiş deyil?