"Qarabağ" üçün gərgin oyun oldu. "İnter" bizim ən vacib rəqiblərimizdən idi". Sportnet.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev deyib.
Milli komandanın toplanışı səbəbindən əksər futbolçuların yorğun olduğunu bildirən Medvedev əsas məqsədlərinin uduzmamaq olduğunu bildirib: "Öz meydançamızda oynamırdıq. "Bakcell Arena"da ot çox idi və topla istədiyimiz kimi rəftar edə bilmirdik. ELə bil oyun bir az itmişdi. Gələn oyuna daha yaxşı hazırlaşıb, nəticə verəcəyik. Bugünkü oyunda heç-heçəni yaxşı nəticə hesab etmək olar".
O, "Bakcell Arena"da məşq edib, stadiona öyrəşməyin lazımlığını qeyd edib: "Burada məşq edib öyrəşmək lazımdır. Çünki mərkəzi arena açıqdır, amma bu stadion bir az yığcamdır. İstər-istəməz azarkeşin sözü futbolçuya təsir edir və rahat oynaya bilmirsən".