
Dəyərli oxucular! Sportnet.az-ın "Sorğu" rubrikasının növbəti sualı Ağdamın "Qarabağ" klubu ilə bağlı idi. Sualı belə ünvanlamışdıq: "Qarabağ" mövsümün sonunda "qızıl dubl"a imza ata biləcəkmi?"
Sorğuda iştirak edən respondentlərin 69 %-i bu mövsüm "Qarabağ"ın "qızıl dubl" edəcəyini düşünür.
Sorğunun nəticəsini təqdim edirik:
1. Bəli - 28 (68.29%)
2. Yalnız çempion olacaq - 11 (26.83%)
3. Yalnız Azərbaycan Kubokunu qazanacaq - 0 (0%)
4. Heç birini qazana bilməyəcək - 2 (4.88%)
Qeyd edək ki, hazırda "Qarabağ" həm çempionluq, həm də ölkə kuboku uğrunda mübarizə aparır. Premyer Liqada sona 6 tur qalmış baş məşqçi Qurban Qurbanovun komandası ən yaxın rəqibi "İnter"i 10 xal qabaqlayır. Ölkə kubokunda isə "Simurq"la yarımfinal mərhələsinin ilk görüşünü 1:0 hesablı qələbə ilə başa vurmuş Ağdam təmsilçisini sabah Zaqatalada cavab görüşü gözləyir.