1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi" üzərində qələbənin sirri açıqlandı
"Ardıcıl 7-ci qələbə qazandıq. Vacib olan qalib gəlməyimizdir, bu seriyanın 7 matçdan ibarət olması isə artıq statistikadır". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Aleksey Qay "Neftçi"ni 3:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXX tur matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Ukraynalı yarımmüdafiəçi flaqmana qarşı daha mütəşəkkul oyun sərgilədiklərini bildirib. Qay məhz bu amil nəticəsində rəqibə özünün güclü tərəflərini nümayiş etdirməyə imkan vermədiklərini söyləyib: "Özümüz isə əksinə, oyunla bağlı bütün düşüncələrimizi yerinə yetirdik. Bunu təkcə rəqibi yaxşı təhlil etməklə əlaqələndirməzdim. Qarşılaşmaya tam konsentrasiya olmuşduq. Baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirib, istədiyimiz nəticəni qazandıq".
Qay "Qəbələ"nin bürünc medal şanslarından danışmaq istəmədiyini də əlavə edib: "Heç vaxt turnir cədvəlinə baxıb, fikir söyləmirəm. Bu üzdən bürünc mükafat şanslarından danışmaq istəmirəm. Biz hər oyunda maksimum nəticə üçün mübarizə aparırıq. Düzdür, komandamızın qollarından birinə imza atdım. Amma futbolda vurulan qol bütün komandamın əməyinin nəticəsidir”.
Qeyd edək ki, Aleksey Qay "Neftçi” ilə qarşılaşmada ilk qolu vurub. 33 yaşlı legioner "Qəbələ”nin heyətində 2-ci dəfə qol sevinci yaşayıb. Qış fasiləsində heyətə cəlb olunan Qay buna 13-cü matçında nail olub. 2015-ci ildə baş tutan 11 çempionat və 2 kubok oyununun hamısında 90 dəqiqə meydanda olan futbolçu "İnter”i səfərdə 2:1 hesabı ilə yendikləri oyunda da hesabı açıb.