"Neftçi" ilə yollarını ayıran Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov Türkiyənin I Liqasında mübarizə aparan "Karşıyaka" klubu ilə müqavilə bağlayıb. Sportnet.az-ın İzmir təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 32 yaşlı müdafiəçi ilə 2 illik anlaşma əldə olunub.
Qaydalara əsasən, Şükürov "Karşıyaka"da türk futbolçu statusunda çıxış edəcək. Onunla uzun sürən danışıqlardan sonra razılıq əldə olunub. Ötən mövsüm I Liqanı 8-ci pillədə başa vurmuş komandanın baş məşqçisi ötənlərin tanınmış futbolçusu Yusuf Şimşəkdir.
Qeyd edək ki, 12 dekabr 1982-ci ildə anadan olan Mahir Şükürov əvvəllər də Türkiyədə "Antalyaspor"un heyətində legioner həyatı yaşayıb. Rusiyada "Anji"nin də şərəfini qorumuş Şükürov Azərbaycanın "İnter", "Karvan", "Olimpik", Xəzər Lənkəran", "Qəbələ" və "Neftçi" klublarında çıxış edib.