
Paytaxtın "İnter" klubunun heyətində ciddi itki baş verib. Sportnet.az-ın PFL rəsmi facebook səhifəsinə istinadən məlumatına görə, "bankirlər"in gürcüstanlı qapıçısı Georgi Lomayanın çiyinində çat aşkarlanıb.
Qolkiper bir müddət məşq edə bilməyəcək.
Qeyd edək ki, "İnter" bu gün 19:00-da Azərbaycan kubokunun 1/4 final mərhələsində "Neftçi" ilə cavab matçına çıxacaq. İlk görüş 2:0 hesabı ilə "ağ-qaralar"ın xeyrinə başa çatıb.