"Neftçi” klubunu finala çıxması, futbolçularımı isə yaxşı oyuna görə təbrik edirəm. Düşünürəm ki, bu gün çox sayda qol epizodu yaratdıq". Sportnet.az-ın məlumatına görə, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan kubokunun yarımfinalda "Neftçi" ilə cavab qarşılaşmasından sonra deyib.
2:1 hesablı qələbəyə baxmayaraq, iki oyunun nəticəsinə görə "bankirlər" kubok ilə vidalaşıblar. Yaşadıqları uğursuzluqlara gürcüstanlı mütəxəssis belə şərh verib: "Bir qədər ustalıq səviyyəsi çatmadı. Eyni zamanda, bəxtsizlik də vardı. İlk oyundan sonra demişdim ki, "Neftçi” qələbə qazanıb və özünü rahat hiss edir. "Neftçi” ev oyununda qol buraxmadı əvəzində 2 qol vurdu. Bütün bunlar cavab oyunu üçün üstünlük idi.
Son hadisələrlə bağlı isə deyə bilərəm ki, "İnter” dağılarsa, faciə olacaq. Çünki "İnter” "Neftçi” və "Qarabağ”la birgə Azərbaycan futbolunun adını yüksəldib. Ümid edirəm ki, yeni gələcək rəhbərlər bu komandaya diqqət ayıracaqlar. "İnter”i yaşatmaq onların borcudur. Çünki "İnter” Azərbaycanın öndə gedən klublarından biridir”.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |