"Simurq"un vurduğu topu Orxan Məmmədovun qeydə almaması düzgün qərar idi. Orada oyundankənar vəziyyətdə olan futbolçu epizoda müdaxilə edir və qapıçının fikrini yayındırırdı. Bu, onun komandasına üstünlük qazandırırdı". Sportnet.az-ın məlumatına görə, bunu Space TV-dəki "Qol" verilişinin qonağı olan Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
O, Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Simurq" və "Qarabağ" arasında keçirilmiş cavab oyununda Zaqatala təmsilçisinin qeydə alınmayan mübahisəli qoluna qaydalar çərçivəsində aydınlıq gətirib: "Bu gün jurnalistlər və bəzi məşqçilər "bax və gör" metodunu dilə gətirirlər. Futbol qaydası kitablarında belə bir metod yoxdur. Bu, sadəcə UEFA-nın təlimatıdır. Orada yazılıb ki, ofsayd xətti arxasında olan futbolçunun yanında düzgün mövqedə olan komanda yoldaşı yoxdursa, burada "bax və gör" metodundan istifadə olunmur. Bu epizodda isə hardasa 10 metrə yaxın məsafə var. Burada hakimin çıxardığı qərar tamamilə düzgündür. Bu epizodla bağlı UEFA-dakı dostlarımızla da əlaqə saxladıq və onlar hakimin qərarının doğru olduğunu bildirdilər. Zaqatala tərəfi də başa düşürəm. Tarixlərində ilk dəfə finala adlaya bilərdilər. Finalın bir addımlığında ikən hansı yolla olur-olsun, vurulan qolun qeydə alınmasını istəyərlər. Bildiyimiz kimi, komanda o qədər yaxşı durumda deyil. O qol klub üçün motivasiya ola bilərdi. Amma neyləyək ki, qaydalar belədir".
Qeyd edək ki, "Simurq" - "Qarabağ" matçında hesab açılmayıb. Bu nəticədən sonra "Qarabağ" ilk görüşdəki 1:0 hesablı qələbə sayəsində mərhələ adlayıb.
Qeyd edək ki, "Simurq" - "Qarabağ" matçında hesab açılmayıb. Bu nəticədən sonra "Qarabağ" ilk görüşdəki 1:0 hesablı qələbə sayəsində mərhələ adlayıb.