
Bu gün AFFA-nın inzibatı binasında İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, Topaz Premyer Liqasının XXXI turunun "Qarabağ” – "Neftçi” matçının 75-ci dəqiqəsində "Neftçi” klubunun futbolçusu Karlos Kardoso idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb. Onun klubu isə 200 manat cərimə olunub.
İntizam Komitəsinin 7 aprel 2015-ci il tarixli qərarı ilə iki oyunu şərti cəza olmaqla 3 oyun cəzalandırılıb. Lakin futbolçu ona verilən 6 aylıq sınaq müddəti ərzində yenidən cəzalandığı üçün 2 oyunluq şərti cəza avtomatik olaraq qüvvəyə minib.
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu 3:2 hesabı ilə Ağdam təmsilçisinin xeyrinə başa çatıb.