
Bu gün "Neftçi” klubunun təşəbbüsü ilə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki klubun nümayəndələri ilə görüşüb. Sportnet.az-ın məlumatına görə, "Neftçi”nin baş məşqçisi Arif Əsədovun, klubun idman direktoru Vəli Qasımovun və icraçı direktorun müavini Mübariz Xudiyevin iştirak etdiyi görüşdə ətraflı fikir mübadiləsi aparılıb.
Görüş AFFA-nın inzibati binasında keçirilib.