"Neftçi"nin futbolçusu Cavid İmamverdiyevin Türkiyə I Liqasında mübarizə aparan "Ankaraspor"a keçidi yaxın 2 gün ərzində rəsmiləşəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə 24 yaşlı yarımmüdafiəçinin özü "Bolu Olay" qəzetinə açıqlama verib.
Klubu ilə 2018-ci ilədək müqaviləsinin olduğunu xatırladan İmamverdiyev klub prezidenti Sadıq Sadıqov və baş məşqçi Böyükağa Hacıyevin qərarına uyğun hərəkət edəcəyini bildirib: "Bilirəm ki, "Ankaraspor" məni istəyir. Amma "Neftçi" ilə müqaviləm var. Məndən öncə klubumla görüşmələri lazımdır. Təbii ki, hər oyunçu kimi mən də Türkiyə komandasında forma geyinmək istəyirəm. Mənim 2018-ci ilədək "Neftçi" ilə anlaşmam var. Klub prezidentimiz və baş məşqçimiz mənə "qal" və ya "get" desələr, ona uyğun da hərəkət edəcəyəm. "Ankaraspor"u Superliqadan tanıyıram. İnternetlə də axtarmışam. Hədəfləri uğrunda oynayan komandadır".
İmamverdiyev ötən mövsüm zədə səbəbindən Azərbaycan millisinə dəvət almadığını xatırladaraq, hazırda formada olduğunu bildirib. O, "Ankaraspor"un güclü və çempionluğa oynayan heyətə malik olduğunu da əlavə edib: "Klubumla anlaşsalar, "Ankaraspor"un uğurları üçün tər tökəcəyəm. İnşallah, həm "Neftçi", həm də "Ankaraspor" üçün xeyirli olar".
Yığmamızın futbolçusu 2 il öncə "Boluspor"a keçidinin baş tutmamasının səbəbini də açıqlayıb. Onun sözlərinə görə, transferi "Neftçi" rəsmiləri ilə danışıqlardan sonra gerçəkləşməyib: "Elə "Boluspor"la eyni liqada mübarizə aparan "Ankaraspor"un təklifi məni məmnun edib. 2 il öncə "Boluspor"a keçidim baş tutmamışdı. İnşallah, "Ankaraspor"a transferim 1-2 günə həyata keçər".