1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bakı" üçün uğursuz hakim - STATİSTİKA
Topaz Premyer Liqasının XXXII turunda keçiriləcək "Bakı"-"Xəzər Lənkəran" oyununun baş hakim Ömər Paşayevdir. Sportnet.az-ın məlumatına görə, Paşayev cari mövsüm "Bakı"nın oyunlarına 5 dəfə təyinat alıb.
Maraqlıdır ki, həmin 5 matçın hamısında da paytaxt təmsilçisi məğlub olub. Yəni meydanı xalsız tərk edib. Bir sözlə, Paşayevin ayağı "Bakı"ya düşmür.
"Bakı"nın həmin oyunlarında top fərqinə gəlincə, "zolqalılar" 4 dəfə rəqib qapılarına yol tapıbsa, 15 dəfə də topu mərkəzdən başlamalı olub.
Əksinə, Paşayev "Xəzər Lənkəran" oyunlarını bu mövsüm 4 dəfə idarə edib ki, həmin oyunlarda "gəmiçilər" 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətə imza atıb. Top fərqi isə müvafiq olaraq 5-5-di. Maraq üçün 24-cu turda Lənkəranda baş tutan "Xəzər Lənkəran" - "Bakı" qarşılaşmasında da əsas söz sahibi Ömər Paşayev olub. Həmin oyunda cənublular 2:1 hesabıyla qalib gəlmişdi.
Qeyd edək ki, "Bakı" - "Xəzər Lənkəran" matçı bu gün 17:00-da start götürəcək.