"Neftçi"nin
baş məşqçisi Arif Əsədovun Sportnet.az-a müsahibəsi
-
"Sumqayıt"la ev oyununda uğurlu nəticə qazana bilmədiniz.
- Meydana
qələbə üçün çıxmışdıq. Daha çox ehtiyatda qalan futbolçulara şans vermişdik.
Birinci hissədə oyunumuz elə də yaxşı alınmadı. Ancaq ikinci hissədə komanda
azlıqda qalmasına baxmayaraq toparlandı və bərabərlik topunu vurmağa müvəffəq
olduq. Komandada bir az yorğunluq hiss olunur. Çünki gücümüz kubok oyununa sərf
olundu. Növbəti oyunlarda da çalışacağıq ki , bir çox futbolçulara şans verək.
-
Səbəb ancaq yorğunluqda idi?
- Heyətlə bağlı da çətinliklərimiz var. Xüsusi ilə
də müdafiə xəttində. Demək olar ki, müdafiə xəttinin əsas oyunçuları oynamırdı.
Ramos, Denis zədə səbəbindən oyunu buraxdılar. Ona görə stabillik olmadı. Son
oyunlarda kifayət qədər qol vururuq, ancaq qapımızda da çoxlu sayda top
görürük. Başqa sözlə, ön xətdə oyunumuz yaxşı getsə də, müdafiədə axsamalar
olur.
-
Müdafiə xəttində çətinlik çəkdiyiniz bir vaxtda Elvin Yunuszadəni
cəzalandıraraq əvəzedici heyətə yolladınız. Qarşıdan gələn oyuna kimi onun
cəzası bitəcək?
- Bu normal prosesdir. Bizdə əvəzedicilərdə Rauf Əliyev də,
Ernest Nfor da oynayıb. Biz bir komandayıq. Əlbəttə ki, əsas heyətə qayıtması
mümkündür.
-
Qarşıdan "Suqmayıt"a nisbətən daha çətin rəqib olan
"İnter"lə oyun gəlir. Həmin matçdan nə gözləyirsiniz?
- Hazırda
çalışırıq ki, Kubokun finalına kimi həm yormamaq, həm də zədə baxımından
futbolçuları qoruyaq. Qarşıdakı oyunlarda daha az oynamış oyunçulara şans
yaranır.
Röya KƏRİMLİ