
"Neftçi" klubunun hücumçusu Nikolas Kanales növbəti iki turu buraxmalı olacaq. Sportnet.az-ın məlumatına görə, Topaz Premyer Liqasının XXXII turunun "Neftçi” – "Sumqayıt” matçının 45-ci dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan futbolçunu İntizam Komitəsi iki oyunluq cəzalandırıb.
Üstəlik onun klubu 2000 manat cərimə olunub.