- Qış fasiləsində komandaya gəldiniz. Təlim-məşq toplanışından sonra "Qəbələ" qeyri-sabit çıxışıyla yadda qalsa da, son 9 turda məğlubiyyətin nə olduğunu bilmir.
- İlk gündən hər şey plan üzrə gedirdi. Biz qeyri-sabit çıxışımıza sakit yanaşırdıq. Çünki ciddi iş görürük. Komandanı bir gün üçün yaratmırıq. Nə lazım olduğunu gözəl bilirik və bu istiqamətdə işləri planlı şəkildə həyata keçiririk. Desəm ki, istədiyimiz oyunu göstəririk, yalançı olaram. Hələ qarşıda görüləsi xeyli işlərimiz var. Bəli, komandada irəliləyiş var və bunun nəticəsidir ki, uğurlu qrafik cızırıq. Ancaq az öncə qeyd etdiyim kimi, hər bir nəticəyə sakit yanaşırıq. Yəni qeyri-sabit nəticələri də gözləyirdik, uğurlu qrafik cızmağımızı da sakit qarşılayırıq.
- Bu mübarizədən qalib ayrılmaq üçün "Neftçi"nin büdrəməsi vacibdir. Əlimizidən gələni etməliyik ki, xal itkisinə məruz qalmayaq. Belədə, 3-cü pilləyə yüksəlmək şanslarımız real olacaq. Proqnoz verməyi sevməsəm də, hesab edirəm ki, bürünc mükafatın taleyinə sonuncu turda aydınlıq gələcək.
- Mövsüm tədricən sona yaxınlaşır. Qarşıdan isə Avropa Liqası gəlir. Hansı xətləri gücləndirməyə zərurət duyursunuz?
Ceyhun Əliyev