
Ağdamın "Qarabağ" klubunun "İnter"ın müdafiəçisi Azər Salahlını heyətinə qatdığı ilə bağlı xəbərlər yayılıb.
Məsələyə aydınlıq gətirən Ağdam təmsilçisinin mətbuat katibi Nurlan İbrahimov Sportnet.az-a açıqlamasında transferin hələ rəsmiləşmədiyini bildirib.
Klub rəsmisi futbolçunun keçidinin istisna olmadığını söyləyib. Tərəflər arasında razılıq əldə olunacağı təqdirdə müdafiəçinin "Qarabağ"a transferi gerçəkləşəcək.
Qeyd edək ki, 1994-cü il təvəllüdlü Azər Salahlı "İnter" klubunun yetirməsidir və U-21 milli komandamızın kapitanıdır.