
Bu gün Topaz Premyer Liqasında XXXIV tura start verilib. Sportnet.az-ın məlumatına görə, oyunlar iki gün ərzində davam edəcək.
Turun ilk oyun günündə bir qarşılaşma baş tutub. Zaqatalanın "Simurq" klubu öz meydanında "Bakı" qəbul edəcək. Zaqatala şəhər stadionunda keçirilən matç "Simurq"un 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, turun digər görüşləri sabah keçiriləcək.
Topaz Premyer Liqası, XXXIV tur
15 may (cümə)
17:00. "Simurq” – "Bakı” - 4:0
Qollar: Draqan Çeran, 28, 80, İdan Vatsman, 37, Rəşad Eyyubov, 84
Hakimlər: Vüsal Əliyev, Rahil Ramazanov, Rza Məmmədov, İnqilab Məmmədov
Zaqatala şəhər stadionu
"Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto, 5. Vadim Abdullayev, 7. Elnur Abdullayev, 9. Mirzağa Hüseynpur, 10. Rəşad Eyubov, 11. Draqan Çeran, 17. Rüstəm Məmmədov, 18. Tural Axundov, 20. İdan Vaytsman.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 25. Oruc Balaşlı, 33. Kənan Müslümov, 70. Cavad Kazımov, 78. İlqar Hüseynov, 81. Nicat Muxtarov, 83. Elmir Sulxayev.
Baş məşqçi: George Çixradze
"Bakı”: 26. Davud Əsgərov, 2. Nicat Əsgərov, 7. Nuran Qurbanov, 10. Nurlan Novruzov, 11. Tural Qürbətov, 15. Azad Kərimov, 19. Eltun Hüseynov, 21. Elşad Manafov, 56. Qeyrət Əliyev, 77. Ramazan Abbasov (k), 99. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 96. Səbuhi Əliyev, 4. Ülvi Süleymanov, 9. Raul Yaqubzadə, 17. Elmin Əsgərli, 23. Şəhriyar Xəlilov, 35. Qvanzan Maqomedov, 55. Aydın Mustafazadə.
Baş məşqçi: İbrahim Uzunca
16 may (cümə)
18:00. "Xəzər Lənkəran” – AZAL
Hakiimlər: Ramil Diniyev, Elman Musayev, Elşən Acalov, Elvin Əsgərov
"Xəzər Lənkəran” mərkəzi stadionu
20:00. "Qəbələ” – "İnter”
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Munis Abdullayev
Qəbələ şəhər stadionu
20:00. "Qarabağ” – "Sumqayıt”
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Vüsal Qənbərov, Orxan Məmmədov
"Bakcell Arena”