"Hər bir futbolçumuzu, rəhbərliyi və məşqçilər korpusunu təbrik edirəm. Bütün "Qarabağ" sevərləri təbrik edirəm. Bu çempionat bizim üçün çox ağır oldu. Şükürlər olsun ki, yekunda qələbə qazana bildik". Bu sözləri Sportnet.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov deyib.
Topaz Premyer Liqasının XXXIV turunda "Sumqayıt"la qarşılaşan Ağdam klubu 1:0 hesabı ilə qalib gələrək çempion adını qazanıb. Komandanın kapitanı Sadıqov oyundan sonra hisslərini belə dilə gətirib: "Həm oyun baxımından, həm zədəlilər baxımından çox problemlərimiz vardı. Avroliqa oyunları qarışmışdı deyə yorğunluq vardı. Milliyə gedənlər vardı. Uşaqlar son günlərdə çox əziyyət çəkirdilər. Dişimizi sıxdıq. Məşqçilərimiz xarakter göstərməli olduğumuzu dedilər. Günü-gündən çempionat ağırlaşırdı. Bu çempionluq bizə ağır başa gəldi".
33 yaşlı müdafiəçi bugünkü uğurlarına görə "Qəbələ" klubuna da minnətdarlıq edib: "Qəbələ"yə də təşəkkür düşür. "İnter" ilə heç-heçə oynadılar. Yoxsa son oyun final matçı olacaqdı. O da bizim üçün çox ağır olacaqdı. Çünki "İnter" çox yaxşı çıxış edir. Mən iki matçı izlədim. "İnter" "Qəbələ" ilə matçda da çox yaxşı oynadı. Şükürlər olsun ki, biz çempion olduq. Bu tur çempion olmağa ehtiyacımız vardı. Gələn oyuna qalsa bizə çətin olacaqdı".
Sonda Sadıqov Kubokun final oyunu haqda da fikirlərini bölüşüb: "Mən fikirləşirəm ki. finalın favoriti "Neftçi"dir. Nə qədər desələr də son dönəmdə "Neftçi"də problem var, bu komanda kubokun finalında oynayıb. 3 dəfə finalda oynayıb, 2 dəfə kuboku qazanıb. Bizdən daha təcrübəlidilər. Həm də onlar daha motivasiyalı olacaqlar. Mövsümü bitirmək üçün qələbə qazanmalıdırlar. Əsas odur ki, azarkeşlər maraqlı oyun izləyəcəklər".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |