1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Belə bir şans hər bir futbolçunun əlinə düşmür"
"Qarabağ” komandasına aidiyyatı olan hər kəsi çempionluq münasibəti ilə təbrik etmək istəyirəm. Son turlar bir qədər ağır, stressli alındı". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionluğunu rəsmiləşdirdikləri "Sumqayıt"la XXXIV tur matçından sonra deyib.
43 yaşlı mütəxəssis ağır mövsüm keçirdiklərini və çətin mübarizədən sonra çempion olduqlarını bildirib: "Futbolçular layiqli mübarizə apardılar. Düzdür, son iki oyunda enişin olduğu deyilirdi. Biz bunu normal qarşıladıq. Çünki səfərdə iki çətin rəqibə qarşı çıxış etdik. Bütün bu çətinliklərdən sonra çempion olduq. Mübarizə aparan, xarakter nümayiş etdirən oyunçularım nəticə üçün oynamağı bacardılar. Bizi "İnter” kimi rəqib izləyirdi. Həmin komanda bizi bir an rahat buraxmadı, nəfəs almağımıza imkan vermədi. "Qəbələ” – "İnter” oyununa baxarkan düşünürdüm ki, "İnter” son saniyələrdə də qol vurmağı bacaran komandadır".
Transfer məsələsini daim problemli mövzu adlandıran baş məşqçi indiki məqamda bu barədə danışmaq istəməyib: "Bir qədər istirahət edək, daha sonra bu barədə ümumi danışarıq. Sadəcə, deyim ki, çempionluqda hər bir futbolçunun əməyi var. Cari çempionluq mənim üçün daha çətin oldu. Hesab edirəm ki, adı qoruyub-saxlamaq onu qazanmaqdan daha çətindir. Çempionluğu necə qeyd edəcəyimizi hələ müəyyənləşdirməmişik. Yəqin ki, belə bir tədbir keçirib, sizi də mərasimə dəvət edəcəyik”.
Qurbanov iyunun 3-də "Neftçi" ilə keçirəcəkləri Azərbaycan Kubokunun final matçı barədə də danışıb: "Həmin matça qədər vaxtımız var. Belə bir şans futbolçunun, məşqçinin əlinə həmişə düşmür. Vəziyyətdən düzgün istifadə etməyi bacarmalıyıq".